Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


16.09.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi» mövzusunda məruzə edəcəkdir.

Məruzədə ridge funksiyaların müasir riyaziyyat elmində tutduğu əhəmiyyətli roldan danışılacaq, Kembric Universitetində nəşr olunmuş “A.Pinkus, Ridge functions, Cambridge University Press, 2015” monoqrafiyası haqqında geniş məlumat veriləcəkdir.

Məruzədə həmçinin çoxdəyişənli funksiyaların ridge funksiyalarla göstərilmə məsələsi təhlil ediləcək, bu cür göstərilmənin mümkünlüyü üçün zəruri və kafi şərtlər müzakirə ediləcəkdir.