Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri RADTT-7″ üzrə VII Beynəlxalq Konfransının yekunları haqqında


09-13 sentyabr tarixində Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Azərbaycan, Türkiyə və Ukrayna riyaziyyatçılarının birgə “Riyazi Analiz, Diferensial Tənliklər və onların Tətbiqləri” adlı (MADEA-7) VII Beynəlxalq Konfrans keçirildi. Konfransı giriş sözü ilə MADEA-7 konfransının həmsədri professor Fəxrəddin Abdullayev açıq elan etdi. Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Ukrayna Riyaziyyat İnstitutunun direktoru akademik Anatoliy Samoylenko, Milli Aviasiya Akademiyasının prorektoru, professor Ədalət Səmədov, İstanbul Ticarət Universitetinin professoru Əkrəm Savaş, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov və başqaları çıxış etdilər. Konfransa 100 nəfər yerli və 24 xarici ölkədən 70  riyaziyyatçı alim  qoşulmuşdur (Türkiyə, Ukrayna, Rusiya, Fransa, ABŞ, İndoneziya, Çin, Almaniya, İsrail, Hindistan, İngiltərə, Misir, İrlandiya və s.) . Açılışdan sonra dörd bölmə üzrə çıxışlar oldu. Ümumilikdə 4 gün ərzində 12 plenar məruzə dinlənildi: Anatoliy Samoylenko (Riyaziyyat İnstitutu, Ukrayna),  Andrievskiy V.V. (Kent Universiteti, ABŞ), Yalçın Əfəndiyev (Texas A&M Universiteti, ABŞ), Zajaç  J. (Çelm Dövlət Ali Təhsil Məktəbi, Polşa), Vaqif Quliyev (AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan), Perestyuk M.A. (Şevçenko Universiteti, Ukrayna), Vladimir Chubarikov (Moskva Dövlət Universiteti, Moskva), Shoikhet D. (Qaliley adına Tətbiqi riyaziyyat Elmi Tədqiqat Mərkəzi, İsrail), Sabir Mirzəyev (Bakı Dövlət Universiteti, Azərbaycan),  Varnhorn W. (Kassel Universiteti, Almaniya), Şevçuk I.A. (Şevçenko Universiteti, Ukrayna),  Uğur Abdulla (Florida Texnologiya İnstitutu, ABŞ).

Konfrans zamanı AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə M.V. Lomonosov  adına  Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsi və Tacikistan Akademiyasının İnnovasiya Mərkəzi arasında  müqavilələr imzalandı. Həmçinin Ukrayna Riyaziyyat İnstitutu ilə birgə müqavilənin layihəsi hazırlandı.

Konfransın bağlanışı zamanı xaricdən gələn nüfuzlu alimlərin çıxışlarında (Anatoliy Samoylenko, Vladimir Chubarikov, Əkrəm Savaş, Ayhan Şərbətçi, D. Shoikhet, Y. Zelinski və s. ) bu konfransın yüksək səviyyədə təşkil olunması bir daha vurğulandı və gələcəkdə belə konfranslarının keçirilməsi məqsədəuyğun hesab edildi.

Konfransdan sonra iştirakçılardan gələn minnətdarlıq məktublarına aşagıdakı linklərdən baxa bilərsiniz:

  1. Ukrayna Riyaziyyat İnstitutunun direktoru Anatoliy Samoylenko
  2. Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin dekanı, professor Vladimir Chubarikov
  3. Çelm Dövlət Ali Təhsil Məktəbinin (Polşa) rektoru Zajaç
  4. Qaliley adına Tətbiqi Riyaziyyat Elmi Tədqiqat Mərkəzinin (İsrail) direktoru Shoikhet D.
  5. Kent Universitetinin (ABŞ) professoru Andrievskiy V.V.
  6. Taras Şevçenko adına Kiev Milli Universitetindən akademik N.A. Perestyuk, prof. İ.A.Şevçuk və  A.N.Stajiski
  7. İstanbul Ticarət Universitetinin professoru Ekrem Savaş
  8. Tulon Universitetinin (Fransa) professoru Jacek Gilewicz
  9. Pekin Normal Universitetinin professoru Wang Kunyang
  10. Florida Texnologiya İnstitutunun (ABŞ) professoru Uğur Abdulla
  11. Texas A&M Universitetinin (ABŞ) professoru Yalçın Əfəndiyev