Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


22.09.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı, texnika elmləri namizədi Elxan Məcid oğlu Abbasov  Qeyri-bircins  “lay -quyu” sistemində qaz-maye qarışığının axın proseslərinin riyazi modelləşdirilməsimövzusunda məruzə edəcəkdir.

Layın deformasiyası və qeyri-bircinsliyi nəzərə alınmaqla qaz-maye qarışığının “lay-quyu” sistemində qeyri-müntəzəm axını təsvir edən inteqral riyazi modeli qurulmuş və qeyri-xətti əlaqəli diferensial tənliklərin həlli tapılmışdır. Alınmış nəticələr quyu ağzı parametrləri əsasında anomal yüksək lay təzyiqi şəraitində istismar olunun quyuların quyudibi və lay təzyiqlərini müəyyən etməyə imkan verir. Göstərilmişdir ki, layın deformasi-yasının nəzərə alınmaması neft quyularının debitlərini         30-32% xəta ilə müəyyən etməyə imkan verir.