Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Yanq–Bakster tənliyinin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib


Sentyabrın 30-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Yanq–Bakster tənliyinin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda Almaniyanın Humboldt Universitetinin doktorantı İlmar Qəhrəmanov məruzə edib.
Məruzənin məqsədi inteqrallanan modellər və xüsusilə dəqiq həll olunan qəfəs modelləri ilə bağlı son illər baş verən inkişafı müzakirə etməkdir. Məruzədə Yanq–Bakster tənliyi, ulduz-üçbucaq münasibəti və onların xassələri müzakirə olunub. Daha sonra Yanq–Bakster tənliyinin yeni həlləri təqdim edilib. Həmçinin Yanq–Bakster tənliyi və riyaziyyatın digər sahələri arasındakı əlaqələrdən danışılıb.

Faydalı linklər