Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qaz-maye mühitinin mexanikasinin bəzi məsələləri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün  Ümuminstitut seminarında prof. Faiq Nağıyev “Qaz-maye mühitinin mexanikasinin bəzi məsələləri” mövzusunda məruzə edib.
Hesablamaların nəticələri göstərdi ki, R.İ.Niqmatulinin təqdim etdiyi qabarcıqlı mayenin hal tənliyi qaz-maye qarışığının təzyiqinin və qazın həcmi konsentrasiyasının geniş diapazonunda vəziyyəti yaxşı təsvir edir.
İşdə alınmış bir sıra hesablamalarla yaxşı uyğun gələn qaz-maye qarışığının yeni hal tənlikləri təklif edilmişdir. Analitik tədqiqatlar aparmaq üçün istifadə etməyə imkan verən qüvvət və eksponensial funksiyalar şəklində rahat hal tənlikləri təklif olunmuşdur.
Dəniz suyunda səsin yayılması və sönməsinin əsas qanunauyğunluqları təsvir olunur. Bu qanunauyğunluqların fiziki interpretasiyası verilir.
Nəzəri və təcrübi olaraq təsdiqlənmişdir ki, qaz qabarcıqlarının hesabına dəniz gəmisinin ətrafındakı su axınının sürətinin artması zamanı suyun təzyiqi əhəmiyyətli dərəcədə enir, sıxlığı isə azalır.
Bermud üçbucağının sirlərinin tapılması üçün riyazi hipotez və model təklif olunmuşdur. “İtmə” hadisələrinin mümkün olduğu dəniz rayonlarında üzmənin təhlükəsizliyini artıran hesablamalar aparılmışdır.
Təklif olunan model gəminin çökməsi və hərəkət edən gəminin ətrafında dənizin səthinin əyilmə dərəcəsini nəzəri olaraq qiymətləndirməyə imkan verir.

Faydalı linklər