Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


09.12.2015-ci il saat 10:00 da Ümuminstitut seminarında AMEA-nın müxbir üzvu K. R. Aydazadə “Toplanmış parametrli sistemlər üçün idarənin sintezinə bir yanaşma üsulu haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzə adi qeyri xətti differensial tənliklərlə təsvir olunmuş müxtəlif növ, həm giriş, həm də çıxışla əks əlaqəli vəziyyətli obyektlərin optimal idarə edilməsinin sintezi məsələsinə həsr olunubdur. Bu halda fərz olunur ki, obyektin ilkin vəziyyəti (halı) əvvəlcədən müəyyən çoxluqda verilən məlum paylanma funksiyası (və ya çəkisi) ilə verilir. Obyektin zaman parametrləri isə müəyyən çoxluqda verilmiş sıxlıq funksiyaları (və ya çəki) ilə təyin olunan qiymətlər alır. Processin dinamikasının idarə olunması obyektin cari x(t) vəziyyəti və yaxud obyektin y(t) çıxışı ilə olan əks əlaqə ilə müəyyənləşən məlum sistemin vəziyyəti ilə təyin olunan qeyri xətti y(t)= G(x(t)) funksiyası ilə təyin olunur. Sintez funksiyası üçün idarənin zonalnığı parametri daxil edilmişdir. Diskret və kəsilməz əks əlaqə hallarının analizi məqsədi ilə idarənin zonalnığı parametrinin sistemin vəziyyətindən və çıxış vektorlarından müxtəlif funksional asılılıqlarına baxılmışdır. Proqram təminatı işlənmiş və test məsələlərin həlli əsasında ədədi eksperimentər paparılmışdir. Zonal idarənin sintezi məsələlərinin həllərinin obyektin əks əlaqəli çıxış vektorlarından və əks əlaqəli vəziyyətindən asılı olan müxtəlif funksional asılılıqlara baxılmış və müqayisələr aparılmışdır.

Faydalı linklər