08/12/2015
2015-ci il noyabr ayının 20-dən 26-na kimi Akademiyanın bir qrup alimləri AMEA-nın Vitse-presidenti akademik İbrahim Quliyev başda olmaqla Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) 25 illik yubileyi ilə əlaqədar Moskva şəhərində ezamiyyətdə olmuşdur. Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, “Maye və qaz mexanikası” şöbənin aparıcı elmi işçisi, texnika elmləri namizədi Eldar Abbasov da bu tədbirdə iştirak etmişdir.
Noyabr ayının 23-də RTEA-nın Prezidenti Oleq Kuznetsov, RTEA-nın vitse-prezidenti Lida İvanitskaya və RTEA-nın vitse-prezidenti Əzizağa Şahverdiyev və RTEA-nın rəhbər işçiləri iştirakı ilə Moskvanın “Xram Xrista Spasitelya” zalında keçirilən təntənəli yığıncaqda iştirak etmişdir. Elm və texnikanın inkişafı həlledici amillərdən biri olan, Rusiya Təbiət Elmləri Akademiyası, Rusiya və dünya alimləri, mədəniyyət və incəsənət xadimləri, sahibkarları, siyasətçiləri öz sıralarında birləşdirir. Akademiya, son illər mühüm prioritet elmi istiqamətləri inkişaf edərək, Rusiyanın innovasiya texnologiyalarının mühüm mərkəzinə çevrilmişdir.
Ezamiyyət zamanı Rusiya Təbiət Elmləri Akademiyasının bir neçə üzvləri ilə görüşlər aparılmış, Azərbaycan və Rusiya elmi təşkilatların birgə elmi-texniki tədqiqatların keçirilməsi imkanlarına baxılmışdır.
Səfər zamanı Eldar Abbasov Rusiyanın LUKOİL şirkətinin Geologiya və Geofizika Departamenti GCC Group Corp. (ÇXR-ABŞ) tərəfindən təqdim olunmuş yeni quyu və seysmik məlumatların birgə interpretasiyasına həsr olunan proqram paketinin təqdimatında iştirak edərək, Rusiya, Çin və Azərbaycan alimlərin və mütəxəssislərin birgə tədqiqatların keçirilməsi mümkünlüyü müzakirə etmişdir. Görüşdə, həmçinin yeni geofiziki üsulların işlənib hazırlanması, Azərbaycan, ÇXR və Rusiya alimlərinin iştirakı ilə neftqaz yataqlarında onların tətbiqi ilə bağlı müzakirələr aparılmışdır.