14/12/2015
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və Qaz mexanikası” şöbəsi ilə (ABŞ) arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. 10 dekabr tarixində tanınmış alim, NMT-nin professoru, RTEA-nın xarici üzvü, texnika elmləri doktoru Səyavur Bəxtiyarov Azərbaycanda səfərdə olumuşdur. Səfər zamanı prof. Bəxtiyarov İnstitutunun rəhbərliyi və alimləri ilə görüş keçirmiş, birgə layihələri və gələcək planları müzakirə etmişdir.
Professor Səyavur Bəxtiyarov uzun illər New Mexico ştatında yerləşən New Mexico Tech Universitetinin Mexanika Mühəndisliyi kafedrasının müdiri vəzifəsində işləmişdir (Sokorro, NM, ABŞ). Uzun müddət Hərbi Hava Qüvvələrlərinin Mərkəzində (Kirkland, NM, ABŞ) kosmik təhlükəsizliyi bölməsinin baş elmi işçisi vəsifəsində çalışmışdır.
Professor Bəxtiyarov 1978-ci ildə Rusiya Elmlər Akademiyasında fizika-riyaziyyat elmləri namizədlik dərəcəsini almışdır. 1992-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir.
Səyavur Bəxtiyarov 350-dən çox elmi nəşrin və 14 ixtira patentin müəllifdir.
2005-2010-cu illərdə prof. Bəxtiyarov ABŞ Energetika Nazirliyinin Elmi Proqramının və NASA-ın tədqiqat layihələrinin direktoru olub.
Uzun müddət Səyavur Bəxtiyarov ABŞ Müdafiə Nazirliyinin (INSRP-nin) nüvə təhlükəsizliyi Müşahidənin İdarələrarası Komissiyasının daimi koordinatoru vəzifəsində çalışmışdır. O, 2011-2015-ci illərdə NASA Mars Missiyasının Elmi Laboratoriya (MSL-nın) üzrə Müdafiə Nazirliyinin koordinatoru olmuşdur. Professor Bəxtiyarov ASME-nin illik simpoziumlarının və forumlarının aparıcı təşkilatçısı, “Mechanics and Solids” (IJM&S) və “Manufacturing Science and Technology” (IJMS&T) beynəlxalq jurnalların baş redaktoru, “İ-manager’s Journal on Engineering and Technology” (IJET), “Mathematics Applied in Science and Technology” (MAST), International Journal of Applied Engineering Research (IJAER), International Journal of Dynamics of Fluids (IJDF) və Far-East Journal of Mathematics (FEJM) jurnallarının redaksiya heyətnin üzvüdür.
Professor Səyavur Bəxtiyarov uzun illər AMEA-nın müxbir üzvü Qeylani Pənahov, t.e.n. Eldar Abbasov, RTEA-nın vitse-prezidenti Azizağa Şahverdiyev (Moskva) ilə birgə neftqaz yataqlarının işlənməsi sahəsində innovasiya üsulların tətbiqi – layların neftveriminin artırılması və kompozit materiallarının mexanikası sahədə elmi araşdırmalar aparmış və beynəlxalq tədqiqat qruplarda iştirak etmişlər.
Alim Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov , direktor müavini AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, “Maye və qaz mexanikası” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, a.e.i. və t.e.n. Eldar Abbasov ilə görüşmüşdü. Professor Misir Mərdanov İnstitutda riyaziyyat və mexanika, neftin və qazın mexanikası sahəsində keçirilən tədqiqatlardan danışmışdı. Professor Mərdanov Azərbaycan alimlərinin nailiyyətlərinin beynəlxalq səviyyəyə qaldırılmasının vacibliyini İnstitutun və AMEA-nın rəhbərliyinin xüsusi diqqət ayrıdığını qeyd etmişdir. Həmçinin, direktor müavini AMEA-ının müxbir üzvü, professor Vaqif Quliyev Riyaziyyat və Mexanika İnstitutunun elmi dövri mətbuatının yenilənməsi, “Riyaziyyat və Mexanika Institutunun Əsərləri” və “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Riyaziyyat buraxılışı (fizika-texnika və riyaziyyat elmləri bölməsi)” jurnallarının elmi nəşrlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasından söhbət açmışdı.
Görüşdə Professor Bəxtiyarov yeni jurnalların beynəlxalq redaksiya heyətinin tərkibinə daxil olunmasına razılıq vermişdir.
Görüş zamanı prof. Bəxtiyarov Azərbaycan alimlərinin əldə etdikləri nəticələrə öz səmimi marağını ifadə etmiş, New Mexico Tech Universiteti və Riyaziyyat və Mexanika İnstitutu arasında birgə işlərin keçirilməsinin vacibliyini xüsusən vurğulamışdır.