16/12/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnstitutun doktoranturasını bitirən tələbələr haqqında şura üzvlərinə məlumat verilib. Daha sonra doktorant və dissertantların attestasiyası keçirilib.
Riyazi fizika tənlikləri şöbəsinin baş elmi işçisi f-r.e.d Fərman İmran oğlu Məmmədova 1211.01-Diferensial tənliklər ixtisası üzrə professor elmi adı verilməsi məsələsinə baxılıb, səsə qoyulub və yekdilliklə qəbul olunub.