Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


23.12.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında şöbənin baş elmi işçisi, dos. Bəhram Əliyev və doktorant Nargül Qurbanova “KVADRATİK SPEKTRAL PARAMETRLİ İKİNCİ TƏRTİB ELLİPTİK DİFERENSİAL-OPERATOR TƏNLİK ÜÇÜN BİR SƏRHƏD MƏSƏLƏSİ HAQQINDA” adlı məruzə ilə çıxış edəcəklər.
İşdə separabel Hilbert fəzasında ikinci tərtib elliptik diferensial-operator tənlik üçün eyni bir spektral parametrin həm tənlikdə, həm də sərhəd şərtlərində iştirak etdiyi halda ayrılmayan sərhəd şərtli bir sərhəd məsələsinin həll olunması məsələsi öyrənilir. Uyğun bircins sərhəd məsələsinin məxsusi qiymətləri tədqiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.