22/12/2015
Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyatdan üç elmi jurnal çap olunur. Onların üçü də ingilis dilində çap olunur. Jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən qiymətləndirilir.
Çox sevindirici haldır ki, “Thomson Reuters”-in bazasının “EMERGING SOURCES CITATION INDEX” siyahısına daxil olan 41 jurnaldan biridə Riyaziyyat və Mexanika İnstitutunun “AZERBAIJAN JOURNAL OF MATHEMATICS” jurnalıdır.
Ümidvarıq ki, jurnalımız yaxın zamanlarda “Thomson Reuters”-in bazasının “SCIENCE CITATION INDEX EXPANDED” siyahısına daxil olacaqdır.
Bu münasibətlə Azərbaycanın bütün riyaziyyatçılarını və jurnalın redaksiya heyyətini təbrik edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.