Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Atomar ayrılış və freymlərin bəzi sualları” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında RMİ-nin “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları” mövzusunda məruzə edib.
Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılmış və müəyyən Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax fəzalarında eləcə də atomar ayrılışa baxılmışdır. K -yaxınlıq anlayışı daxil edilmişdir. K -yaxınlığa nəzərən freymlilik xassələrinin və atomar ayrılışın dayanıqlığı isbat edilmişdir. Hilbert tenzor hasili ilə assosiasiya olunan t-freym anlayışı daxil edilmişdir. Adi freymlərin bütün xassələri bu hala köçürülmüşdür. t – freymlərin nöter həyəcanlanmasına baxılmışdır. Kvadratik yaxınlığa nəzərən t- freymlilik xassəsinin dayanıqlığı isbat edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər