12/01/2016
Advances in Applied Mathematics jurnalının 2016-cı il, 73-cü cildində Funksiyalar nəzəriyyəsi şöbəsinin əməkdaşları Vüqar İsmayılov və Rəşid Əliyevin “On a smoothness problem in ridge function representation” adlı məqaləsi çap edilmişdir. Məqalə yaxınlaşmalar nəzəriyyəsi sahəsinin tanınmış mütəxəssisləri A. Pinkus və M. Buhmann-ın qoyduqları “ridge funksiyalarla göstərilişin hamarlığı” məsələsinə həsr olunmuşdur. Məqalədə müəyyən şərtlər daxilində bu məsələnin həlli verilmişdir. Məsələnin qoyuluşu və məqalə ilə http://www.sciencedirect.com/science/article/pii/S0196885815001281
səhifəsində tanış olmaq olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.