19/01/2016
15 yanvar 2016-cı il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Qürbət oğlu Məmmədov «Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi» mövzusunda 1211.01-«Diferensial tənliklər» və 1214.01-«Dinamik sistemlər və optimal idarəetmə» ixtisaslarında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib.
Dissertasiyada alınmış elmi nəticələr 70 işdə öz əksini tapıb. Dissertasiya işi müsbət qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.