Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


10.02.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi A.Ş. Şükürov “Müəyyən üstlü sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə aşağıdakı mövzular ətrafında müzakirələr aparılması nəzərdə tutulmuşdur:

  • Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına tətbiqi;
  • Üstlü sistemlərin Lebeq fəzaları və kəsilməz funksiyalar fəzasında bazislik xassələrinin araşdırılması;
  • Çəkiyə malik triqonometrik və eksponensial sistemlərin Lebeq fəzalarında bazislik (tamlıq, minimallıq, bazislik) xassələrinin araşdırılması.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər