Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


10.02.2016-cı il tarixində “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarında “Neftqazelmitədqiqatlayihə” İnstitutunun elmi işçisi Kəklik Rüstəmova “KİPLƏŞDİRİCİNİN DAXİLİ SƏTHİ İLƏ SİLİNDRİN DİVARI ARASINDA KONTAKT GƏRGİNLİYİNİN PAYLANMA XARAKTERİNİN TƏYİNİ ” adlı məruzə ilə çıxış edəcək.
Nəzəri tədqiqatlar əsasında kipləşdirici elementin birtərəfli sıxılması zamanı onun daxili səthi ilə silindrin divarı arasında yaranan kontakt gərginliyinin kipləşdiricinin həndəsi ölçülərindən və mexaniki göstəricilərindən asılı olaraq paylanma xarakteri təyin olunmuşdur.
Hermetiklik yaradan oxboyu qüvvənin qiyməti təyin edilmişdir. Hermetiklik yaradan oxboyu qüvvənin qiymətinin kipləşdirici elementin həndəsi ölçülərindən asılığı qurulmuşdur. Göstərilmişdir ki, kipləşdirici elementin hündürlüyü azaldıqca hermetiklik yaratmaq üçün lazım olan oxboyu qüvvənin qiyməti artır. Bundan əlavə kipləşdiricinin hündürlüyünün elə qiyməti təyin edilmişdir ki, bu qiymətdən böyük qiymətlərində kontakt gərginliyinin qiyməti oxboyu qüvvənin qiymətindən demək olar ki, asılı olmur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər