Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Müəyyən üstlü sistemlərin bazislik xassələri haqqında” mövzusunda  Ümuminstitut  seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Aydın Şükürov “Müəyyən üstlü sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edib.

Məruzədə aşağıdakı mövzular ətrafında müzakirələr aparılmışdır:

  • Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına tətbiqi;
  • Üstlü sistemlərin Lebeq fəzaları və kəsilməz funksiyalar fəzasında bazislik xassələrinin araşdırılması;
  • Çəkiyə malik triqonometrik və eksponensial sistemlərin Lebeq fəzalarında bazislik (tamlıq, minimallıq, bazislik) xassələrinin araşdırılması.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər