11/02/2016
12.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının aspirantı Elmin Ağalar oğlu Ağayev “Dördüncü tərtib diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə dördüncü tərtib tam requlyar Şturm sistemlərinin məxsusi və qoşulmuş funksiyalarının alt fəzalarının strukturu və məxsusi funksiyalarının ossilyasiya xassələrinin tədqiqi haqqında danışılacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.