Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarında Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor Viktor Burenkov “Ümumiləşmiş Morri tipli fəzaralarda Yunq bərabərsizliyinin analoqu” mövzusunda məruzə edib


Ümuminstitut seminarını giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru , professor Misir Mərdanov AMEA Riyaziyyat və Mexanika İnstitutunun “AMEA-nın Xəbərləri” və “RMİ-nin əsərləri” redaksiyasının baş redaktoru Esmira xanım Əliyevanı 60 illik yubileyi münasibətilə İnstitutun kollektivi adından təbrik etmişdir. Esmira xanıma möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulamışdır.

Sonra Ümuminstitut seminarında məruzə etmək üçün söz Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor Viktor Burenkova verilmişdir.
Professor Viktor Burenkov 1958-1963-cü illərdə Moskva Fizika-Texnika İnstitutunda (Tətbiqi riyaziyyat fakultəsində) təhsil almışdır. 1966-cı ildə Moskva Fizika-Texnika İnstitutunun Riyaziyyat kafedrasının aspiranturasını bitirib (Funksiyalar nəzəriyyəsi). 1967-ci ildə fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsini almışdır (funksiyalar nəzəriyyəsi, Steklov adına Riyaziyyat İnstitutu, Rusiya Elmlər Akademiyası (Moskva)). 1983-cü ildə fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsini almışdır (funksiyalar nəzəriyyəsi, Rusiya Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutu, (Moskva)). 1986-cı ildə professor adına layiq görülüb.
Professor Viktor Burenkov 1994-1998-ci illərdə Rusiya Xalqlar Dostluğu Universitetinin Xəbərləri jurnalının baş redaktoru olmuşdur (o cümlədən Azərbaycanda iki jurnalın, AMEA-nın “Xəbərləri” və RMİ-nin “Əsərləri” jurnallarının redaksiya heyətinin üzvüdür ).
2010-cu ildən “Eurasian Mathematical Journal” jurnalının Rusiya Elmlər Akademiyasının akademiki V.A. Sadovniç və Kazaxstan Elmlər Akademiyasının akademiki M. Otelbayev ilə birgə baş redaktordur.
O, 2003-2013-cü illərdə Beynəlxalq Riyaziyyat Cəmiyyətinin İSAAC, vitse-perzidenti olmuşdur. Professor V.Burenkov 2011 ildə İSAAC Rusiya Xalqlar Dostluğu Universitetinin 8-ci Konqresin əsas təşkilatçılarından biri (Azərbaycan daxil olmaqla 40 ölkədən 400-dən artıq iştirakçı) olmuşdur.
V. Burenkov dəfələrlə Azərbaycana səfər etmişdir, onun ilk səfəri 50 il bundan əvvələ təsadüf edir.
Bu dəfəki səfərdə məqsəd beynəlxalq elmi əlaqələri dərinləşdirmək və elmi əməkdaşlığı möhkəmləndirməkdir.
Professor Burenkov Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Ümumiləşmiş Morri tipli fəzaralarda Yunq bərabərsizliyinin analoqu” mövzusunda məruzə etmişdir.
Məruzədə ümumiləşmiş Morri tipli fəzalarda Yunq bərabərsizliyinin analoqu müzakirə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər