Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Xətti superpozisiyalarla göstəriliş” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Xətti superpozisiyalarla göstəriliş» mövzusunda məruzə edib.
Məruzədə verilmiş çoxluqda təyin olunmuş funksiyaların xətti superpozisiyalarla göstərilişi üçün zəruri və kafi şərtlər haqqında danışılıb. Bundan əlavə aşağıdakı nəticə müzakirə edilib: Əgər sonsuz X çoxluğunun sonlu altçoxluqlarında hər hansı göstəriliş doğrudursa, onda həmin göstəriliş bütün X çoxluğunda doğrudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər