Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çəkili Morri tip fəzalarda sinus, kosinus və eksponent sistemlərinin bazislik xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, professor Misir Mərdanov açaraq aprelin 2-dən başlayaraq cəbhə bölgəsində yaranan gərgin vəziyyətlə bağlı öz fikirlərini seminar iştirakçıları ilə bölüşüb. Seminarda döyüşlər zamanı şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümuminstitut seminarında Misir Ərəb Respublikasının Damietta Universitetinin Riyaziyyat müəllimi Səid El-Şabravi “Çəkili Morri tip fəzalarda sinus, kosinus və eksponent sistemlərinin bazislik xassələri” mövzusunda məruzə edib.
Məruzə çəkili Morri fəzalarında kosinus və sinus sistemlərinin, eləcə də eksponensial sistemlərin bazis xassələrinə həsr olunub. Çəkili Morri fəzaları üçün yeni metodlar təklif olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər