Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev məruzə edəcək


08.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Riss potensialının local Morri-Lorents fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir.
Məruzədə Riss potensialının lokal Morri-Lorents fəzalarında zəif və güclü məhduluğu üçün parametrlər üzərinə tapılmış zəruri və kafi şərtlər haqqında danışılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər