Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


“Riyazi analiz” şöbəsinin hər həftənin ikinci günü saat 11:30-da keçirilən tədris seminarı davam edir. Növbəti seminarlar aprel ayının 12-dən başlayaraq Harmonik analizin klassik operatorlarının funksional fəzalarda məhdudluğuna həsr olunacaqdır. Seminarlarda Harmonik analizin əsas obyektləri olan maksimal funksiya, Riss potensialı və sinqulyar inteqrallar haqqında mühazirələr oxunacaq. Əsas olaraq harmonik analizin klassik operatorlarının (maksimal operator, Riss potensialı və sinqulyar inteqral operatorlar) funksional fəzalarda məhdudluğu araşdırılacaqdır.
Növbəti seminarda, 12.04.2016 tarixində şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor V.S. Quliyev “Hardi-Littlevud Maksimal funksiyası və onun xassələri. Maksimal operatorun Lp fəzasında məhdudluğu” haqqında məruzə edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər