Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov məruzə edəcək


15.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Ümumiləşmiş hamarlığı olan Besov fəzaları” mövzusunda məruzə edəcəkdir.
Məruzədə ümumiləşmiş hamarlığı olan Besov fəzalarının müxtəlif modifə olunmuş variantlarına baxılır. Müxtəlif çəki funksiyaları sinfi və buna uyğun çəkili Besov fəzaları təyin edilir. Bu fəzalar üçün daxilolma teoremləri isbat edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər