Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial operatorların spektral problemlərinin bəzi tərs məsələləri ” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında Türkiyənin Fırat Universitetinin professoru Etibar Pənahov “Diferensial operatorların spektral problemlərinin bəzi tərs məsələləri ” mövzusunda məruzə edib.
Xüsusi şəkildə məxsusi nöqtələri olan (Bessel, Kulon tipli) 2-ci tərtib diferensial operatorlar, kanonik Dirak operatoru və Diffuziya tənliyi üçün iki və bir spektrə, qismən verilən potensiala görə tərs məsələlər araşdırılıb. Nodal verilənlərə (nöqtələr və uzunluqlar) görə tərs məsələlərə baxılıb. Nodal verilənlər üçün asimptotik düsturlar göstərilib. Yeganəlik teoremləri isbat olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər