Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


16.06.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin onuncu seminarı keçiriləcəkdir. Seminarda Idarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Yeganə Əşrəfova «MÜRƏKKƏB STRUKTURLU BORU-KƏMƏRLƏRİ ŞƏBƏKƏSİNDƏ MAYENİN QƏRARLAŞMAMIŞ REJİMDƏ HƏRƏKƏTİ ZAMANI BAŞ VERMİŞ SIZMA YERLƏRİNİN VƏ HƏCMİNİN TƏYİNİ MƏSƏLƏSİNİN ƏDƏDİ HƏLLİ» mövzusunda məruzə edəcəkdir.
Məruzədə mürəkkəb halqavari strukturlu boru-kəmərləri şəbəkəsində mayenin qərarlaşmamış rejimdə hərəkəti üzrəində əlavə müşahidələrin nəticələrinə əsaslanaraq boru-kəmərlərinin hər-hansısa hissələrində baş vermiş sızma yerlərinin və həcminin təyinindən ibarət olan tərs məsələyə baxılır. Məsələ ayrılmamış sərhəd şərtli parametrik optimal idarəetmə məsələsinə gətirilir. İşdə məqsəd funksionalının qradiyenti üçün analitik ifadələr alınmışdır ki, sonuncular da optimallaşdırmanın birinci tərtib ədədi üsullarından istifadə etməyə imkan verir. Eyni zamanda  ədədi eksperimentlərin nəticələri haqqında məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər