Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında ADA Universitetinin professoru Yuri Melnikov “Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda məruzə edib.

Qrin funksiyasıyalarının tətbiq edilməsinə həsr olunmuş məruzə, bu funksiyaların hesablama səmərəliliyinin artırılması, müəyyən dərəcədə, onların mühəndislik işlərində “reputasiyasının” təkmilləşdirilməsinə yönəlmişdir. Qrin funksiyalarının kompüter formalarının qurulması ilə əlaqədar bir sıra tətbiqi diferensial tənliklər üçün bəzi effektiv üsullar təqdim olunur.
Məruzə, yuxarıda göstərilən tədqiqatların yalnız bir fraqmentini əhatə etdi. Məqsəd, məlum klassik tədqiqatlarda baxılmayan müəyyən sinfi, tətbiqi məsələlər üçün Qrin tipli funksiyaların və Qrin matrisalar üçün əlverişli ayrılışların alınması sahəsində əvvəlki nəticələrin ümumiləşməsindən ibarətdir. Nazik divarlı konstruksiyalarda əmələ gələn potensial sahələri modelləşdirən sərhəd məsələlərinə də baxılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər