Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


05.10.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.d. prof. Alik Malik oğlu Nəcəfov «Ümumiləşmiş Morri tipli fəzalardan olan funksiyaların bir sıra xassələri haqqında» mövzusunda məruzə edəcəkdir.
Məruzədə bir sıra ümumiləşmiş Morri tipli fəzalar daxil olunur. Inteqral göstərilişi üsulundan istifadə edərək bu fəzalardan olan funksiyaların həm diferensial, həm də diferensial – fərq xassələri öyrənilir. Daha sonra alınmış nəzəri nəticələrin bir sinif yüksək tərtibli xüsusi törəməli diferensial tənliklərin araşdırılmasına tətbiqi verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər