Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


02.11.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri prof. Əliyev Qabil “Kiçik ölçülü sistemlərdə kvant-mexanik effekləri nəzərə alınmaqla hidromexanika nəzəriyyəsi” mövzusunda məruzə edəcəkdir.
Kiçik ölçülü sistemlərdə kvant-mexanik effektləri, “bərk cisim-maye” kontaktının sərhəddində mövcud olan və onların dərinliyinə daxil olunan təsiri nəzərə alınmaqla hidromexanika nəzəriyyəsi yaradılıb. Kiçik ölçülü sistemlərdə bircinsli mayenin qeyri bircins mayeyə çevrilməsinin səbəbi təyin edilmişdir. İsbat olunub ki, kiçik ölçülü sistemlərdə bircinsli mayenin qeyri bircinsliyə çevrilməsi səbəbi maye içərisinə daxil olan fiziki sahənin gərginliyinin tam təsirinin ölçüsündən asılıdır. Kiçik ölçülü sistemlərdə mayenin mexaniki xüsusiyyətlərinin (sıxlıq və özlülük) fiziki sahənin gərginliyindən asılılığının fiziki-riyazi modeli təklif olunmuşdur. Kvant-mexanik effektləri nəzərə alınmaqla kiçik ölçülü sistemlərdə ideal və özlü mayelər üçün təyinedici hidromexaniki tənliklər yazılmış və xüsusi məsələlər həll edilmişdir. Kiçik ölçülü sistemlərdə ideal və özlü mayelərin hidromexanikasında yeni keyfiyyət və kəmiyyət xarakterli mexaniki effektləri təyin edilib. Dar kanalların bölünməsində mayenin sərfi və sürətinin paylanmasını təyin edən bir sıra məsələlər həll edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər