Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.11.2016-cı il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Bəhram Əliyev “Sərhəd şərtlərinə spektral parametr və operator daxil olan ikinci tərtib elliptik diferensial-operator sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə edəcəkdir.
Məruzədə spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtində spektral parametr və xətti operator iştirak edən sərhəd məsələlərinin həll olunması araşdırılmış, həll üçün koersitiv və yaxud koersitiv olmayan qiymətləndirmələr alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər