Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sərhəd şərtlərinə spektral parametr və operator daxil olan ikinci tərtib elliptik diferensial-operator sərhəd məsələlərinin həll olunması” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Bəhram Əliyev “Sərhəd şərtlərinə spektral parametr və operator daxil olan ikinci tərtib elliptik diferensial-operator sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə edib.
Məruzədə spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtində spektral parametr və xətti operator iştirak edən sərhəd məsələlərinin həll olunması araşdırılmış, həll üçün koersitiv və yaxud koersitiv olmayan qiymətləndirmələr alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər