Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

«Diskret müdaxiləli semi-Markov təsadüfi dolaşma prosesinin ergodik xarakteristikaları üçün asimptotik ayrılışlar» mövzusnda Ümuminstitut seminarı keçirilib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Bakı Dövlət Universiteti “Əməliyyatlar tədqiqi və Ehtimal nəzəriyyəsi” kafedrasının dosenti Rövşən Telman oğlu Əliyev «Diskret müdaxiləli semi-Markov təsadüfi dolaşma prosesinin ergodik xarakteristikaları üçün asimptotik ayrılışlar» mövzusnda məruzə edib.
Məruzə sıfır səviyyəsində ümumiləşmiş və əksetdirən sərhəddə malik semi-Markov təsadüfi dolaşma prosesinin erqodik paylanmasının və onun ilk dörd momentinin asimptotik davranışı ilə bağlı alınmış nəticələrin şərhinə həsr olunub.

.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər