Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


Bildiyimiz kimi, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” Agentliyi ilə müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən – “Web of Science”-dan istifadə imkanı əks olunub.
27.01.2017 tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüş keçiriləcəkdir. Görüşdə “Web of Science” proqramının təlim üzrə mütəxəssisi Aygün Babazadə proqram, bu bazaya daxil olan jurnallarda məqalələrin dərci qaydaları haqqında məlumat verəcəkdir. Həmçinin axtarış vasitələrindən istifadənin daha səmərəli yollarından danışılacaq, saytdan istifadə əyani olaraq nümayiş etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər