Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


08.02.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev «Hilbert çevirməsinin xassələri haqqında» mövzusunda məruzə edəcəkdir.
Məruzə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinə həsr olunub. Məruzədə sonlu kompleks ölçünün Hilbert çevirməsinin paylanma funksiyası üçün asimptotik bərabərliklər veriləcək və Lebeq inteqralının ümumiləşməsi olan Q-inteqral anlayışından istifadə olunaraq Riss bərabərliyi göstəriləcək. Məruzədə həmçinin diskret Hilbert çevirməsinin də bəzi xassələri qeyd olunacaq. Sıralar üçün ümumiləşmiş cəmləmə anlayışından istifadə olunaraq l1 sinfinə düşən ardıcıllıqların diskret Hilbert çevirməsi üçün cəmləmə düsturu veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər