Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Aralarında maye olan konsentrik yerləşmiş iki silindrik örtüyün parametrlərin müxtəlif qiymətlərində sərbəst rəqslərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirlib


Bu gün Ümuminstitut seminarında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, prof. Ramiz M. Aslanov Üzeyir Hacıbəyovun “Hesab məsələləri” kitabı haqqında adlı məruzə ilə Rusiyanın Voloqda şəhərində16-18 fevral 2017 –ci il tarixində keçirilən “Nəzəriyyə, təcrübə, innovasiya: riyaziyyat, fizika və informatika öyrənməsində məsələlər” II Beynəlxalq Elmi-praktik konfransda sədr müavini və dəvətli məruzəçi kimi iştrakı haqqında seminar iştirakçılarına məlumat verdi. Konfrans görkəmli rus riyaziyyatçı-metodist P.A. Larichevin 125 illiyinə həsr olunmuşdur.

Sonra Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Rüstəmova Məhsəti “Aralarında maye olan konsentrik yerləşmiş iki silindrik örtüyün parametrlərin müxtəlif qiymətlərində sərbəst rəqslərinin tədqiqi” mövzusunda məruzə etdi.
Məruzədə aralarında maye olan iki konsentrik silindrik örtüklərin sərbəst rəqslərinin tezliklərinin təyin edilməsi üçün dəqiq analitik ifadə alınmış və boruların sərtliyi və ölçülərinin tezliklər spektrinə təsiri öyrənlimişdir. Baxılan məsələlər tərs üsulla həll edilmişdir, başqa sözlə, mühit olmayan halda örtüklərin sərbəst rəqslərinin tezliyi ilə sistemin sərbəst rəqslərinin məxsusi tezlikləri arasında analitik ifadə alınmışdır. Sərbəst rəqslərin tezlik spektrləri qurulub və bu spektrə baxılan məsələlərin həndəsi və fiziki parametrlərinin təsiri öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər