Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hiperbolik tənliklər üçün optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və bəzi idarəetmə məsələləri ” mövzusunda Ümuminstitut seminarı keçirildi


Bu gün Ümuminstitut seminarını AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açaraq institutmuzun kollektivini ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.

Sonra professor Misir Mərdanov institutun “Cəbr və riyazi məntiq ” şöbəsinin aparıcı elmi işcisi, riyaziyyat üzrə fəlsəfə doktoru Yusufov Vladimir Şəmiloviçin vaxtsız ölümündən kədərləndiyini seminar iştirakçıları ilə bölüşmüş və alimi bir dəqiqəlik sükutla yad etmişlər.

Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin professoru, f.-r.e.d Hamlet Quliyev “Hiperbolik tənliklər üçün optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və bəzi idarəetmə məsələləri ” mövzusunda məruzə etdi.
Məruzə xüsusi törəməli tənliklərlə, əsasən də hiperbolik tənliklərlə təsvir olunan proseslərdə idarəetmə məsələlərinin yaranması, inkişaf tarixi və məruzəçinin son dövrlərdə yerinə yetirdiyi işlərlə həsr olunmuşdu.

Sonda Azərbaycanda funksional analiz, diferensial tənliklər və funksiyaların spektral nəzəriyyəsi sahəsində tanınmış alim, AMEA-nın həqiqi üzvü Fəraməz Qəzənfər oğlu Maqsudovun (20.03.1930 – 30.08.2000) anadan olmasının 87-ci və AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadovun (22.03.1929 – 28.09.1992 ) anadan olmasının 88-ci il dönümü münasibəti ilə alimlərin xatirəsi yad edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər