07/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n. İbrahim Məhərov “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda çıxış edib.
İbrahim Məhərov mühazirədə Eyler düz xətti və Eyler düstürü haqqında, Çeva və Menelay teoremlərini, onların tətbiqini populyar dildə şərh edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.