10/04/2017
Dost ədədlər – hər biri digərinin bölənlərinin cəmi olan iki natural ədədlərdir. Bu zaman ədədlərin özündən başqa bütün müsbət bölənlərinə baxılır. Məsələn, 220 və 284 ədədləri dost ədədlərdir. 220 ədədinin bölənləri 1, 2, 4, 5, 10, 11, 20, 22, 44, 55 və 110-dur. Onların cəmi 284-ə bərabərdir. 284-ün bölənləri isə 1, 2, 4, 71 və 142 ədədləridir. Onların cəmi 220-yə bərabərdir.
Dost ədədlər sirli ədədlər hesab etdikləri üçün ilk dəfə Pifaqor məktəbinin nümayəndələri öyrənmişlər. Onlara cəmi 4 cüt dost ədədlər məlum idi.
Dost ədədlər cütlərinin sonlu, yaxud sonsuz olması indiyə kimi həll edilməmiş problem olaraq qalmaqdadır.
Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.