14/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə aprelin 13-ü saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib.
Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusunda çıxış edib.
Mühazirədə populyar dildə Koşi-Bunyakovski bərabərsizliyi isbat edilib, ədədi, həndəsi və harmonik ortalar arasında münasibətlər əldə edilib və müxtəlif tətbiqi məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.