07/12/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsində “Qeyri bircins və anizatrop konstruksiya elementlərinin əyilməsi, dayanıqlığı və rəqsi hərəkətləri” mövzusu üzrə il ərzində 6 elmi iş yerinə yetirilmişdir.
Hesabat dövründə 6 məqalə, 2 tezis çapdan çıxmışdır, 5 məqalə çapa qəbul olunmuş və 6 məqalə çapa hazırlanmışdır.
İş A: Dartılmaya sıxılmaya müxtəlif müqavimət göstərən tirin əyilmədə dayanıqlığı. (V.C. Hacıyev)
Müxtəlif modullu tirin əyilmədə dayanıqlığı məsələsi həll edilmiş və kritik parametrlərin qiyməti təyin edilmişdir.
İş B: Nazik divarlı fırlanan elastiki örtüklərdə qüvvə komponentlərinin hesablanması və araşdırılması. (X.İ. Musayev )
Təqribi analitik üsullarla məxsusi tezliyin qiyməti təyin edilmişdir.
İş C: Lokal əyri strukturlu anizotrop lövhənin məxsusi rəqsində tezliyin təyin edilməsi. (T.Y. Zeynalova).
Nazik örtüklərdə əyilmə müvazinət tənlikləri çıxarılmış və qüvvə komponenetləri təyin edilmişdir.
İş Ç: Dairəvi olmayan nazik elastiki sferik, silindrik və s. örtüklərdə qüvvə komponentlərinin araşdırılması. (F.S. Hüseynov).
Silindirik və sferik örtüklərdə gərginlik komponenetləri təyin edilmişdir.
İş D: Gərginlikli sahədə nazik konstruksiya elementində çatların əmələ gəlməsi. (E.H. Şahbəndiyev).
Gərginlik vəziyyəti təyin etmək üçün əsas əlaqələr sərhəd şərtləri və tənliklərdən çıxarılır, kompleks dəyişən funksiyalar nəzəriyyəsindən (Musxepeşvili-Kolosov) istifadə etməklə həll olunur.
İş E: Ortotrop dairəvi lövhənin özlü-elastik əsas üzərində əyilməsi. (G.R. Mirzəyeva).
Qeyri bircins əsas üzərində yerləşən dairəvi lövhənin maksimum əyintisi təyin edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.