Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda seminar keçirilib


“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda çıxış edib.

Məruzədə yarı-xətti Şturm-Liuvill məsələsinin osillyasiya xassələri, yarı-xəttiləşən Şturm-Liuvill məsələsinin həllərinin qlobal bifurkasiyası haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər