Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edib.

Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu təklif edilib. Üsul bu sahədə ənənəvi tədbiq olunan temperatur-zaman analogiyasının çatışmazlıqlarını müəyyən dərəcədə aradan qaldırır.

Termoözlüelastiklik nəzəriyyəsinin ümumi qoyuluşda xətti və qeyri-xətti sərhəd məsələsini (qeyri-izotermik məsələni) özlüelastikliyin uyğun məsələsinə (izotermik məsələyə) gətirilməsini mümkün edən teoremlər isbat olunur. Eyni zamanda bu üsulun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyi tədqiq olunur. Raket korpusunun daxili radiusunun yanması nəzərə alınır. Tədqiqat nəticəsində baxılan konstruksiyanın təhlükəsiz işləməsini təmin edən şərtlər tapılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər