Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər elektrik enerjisi hasil edən taxta döşəmə icad ediblər


ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal edilmiş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir.

budport.com saytı xəbər verir ki, xüsusi texnologiya vasitəsi ilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür.

Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin quraşdırılması nəticəsində şəhərin əlavə enerji mənbəyi ilə təchiz ediləcəyinə əmindirlər.

Aparılmış tədqiqatlar bu örtüyün adi döşəmələrə nisbətən daha davamlı olacağını göstərir.

Faydalı linklər