Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiyalı alimlər qanın quru əvəzləyicisini hazırlayıblar


Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün PAM-3 preparatını işləyib hazırlayıblar. Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər. Xüsusi saxlanma şəraiti tələb etməyən preparat istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləyir.

actualnews.org saytı xəbər verir ki, preparat klinik sınaqlardan əvvəl sağlam könüllülər üzərində tətbiq edilib. Preparatın orqanizm tərəfindən qəbul edilib-edilməməsi və onun farmakokinetik xassələri öyrənilib, həmçinin təhlükəsiz olması təsdiqlənib.

PAM-3 müxtəlif həlledicilərlə, standart elektrolitlərlə uyğunlaşır. Lazım gəldikdə həkim onun doza və qatılığını dəyişə bilir. Preparat qanköçürmə zamanı infeksion xəstəliklərə yoluxmaq riskini aradan qaldırır.

Faydalı linklər