08/05/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyev və “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev Rusiyanın Rostov vilayətində 22-28 aprel 2018-ci il tarixlərində keçirilən “Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri VIII” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.
Professor Vaqif Quliyev konfransın plenar iclasında “Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipschitz funksiyaları ilə xarakteristikası” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda o, konfransın “Funksional analiz və operatorlar nəzəriyyəsi” seksiyasına rəhbərlik edib.
Konfransda Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Lebeq fəzalarında Hausdorf operatoru” mövzusunda məruzə ilə çıxış edib.
Alimlər səfər çərçivəsində professorlar Stefan G. Samko, Mixail Qoldman, Yoşihiro Savano (Yaponiya), Elijah Liflyand (İsrail), Viktor Burenkov (Rusiya) ilə elmi diskussiyalar aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.