Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda məruzə edib.

Məruzədə ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların təyin oblastları verildikdən sonra baxılan operatorların spektral xassələri və bu spektral xassələrə əsaslanaraq baxılan problemlərə görə tərs məsələlər haqqında məlumat verilib.

Bundan əlavə, ikinci tərtibdən operator dəstəsinin spektral verilənlərə görə tərs problemlərindən danışılıb. Beyl funksiyasının iki spektrə və spektral verilənlərə görə tərs problemlərin təklik teoremləri və operatorun bərpası problemi müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər