Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

28 may Respublika gününü


28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Bu gün bu tarixdən 100 il keçir.1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. Hər il Azərbaycan xalqı bu günü böyük qürur hissi ilə xalqımızın milli oyanış və dirçəliş günü kimi qeyd edir.

Bu münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.

Qoy çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qoruyaq və möhkəmləndirək!
Respublika gününüz mübarək olsun!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər