Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


31.05.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda məruzə edəcəkdir.

Toplanmış idarəetmələrin sintezi ilə nazik lövhənin qızdırılmasının prosesi misalı üzərində paylanmış parametrli obyektlərin idarəedilməsi məsələsinə baxılmışdır. Baxılan məsələdə, eyni zamanda həm idarəetmə təsirlərinin, həm də lövhədə aparılan ölçmə nöqtələrinin yerləşdirilməsi optimallaşdırılır. Məsələnin ədədi həll üsulu üçün birinci tərtib optimallaşdırma üsulları tətbiq edilmişdir ki, burada da funksionalın alınmış qradientləri istifadə olunur. Ədədi eksperimentlərin nəticələri verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər