Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


06.06.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminar görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun xatirəsinə həsr olunacaq. Tədbirdə alim haqqında xatirələr danışılacaq.

Qeyd edək ki, bu günlərdə Zahid Xəlilovun “Funksional analizin əsasları” kitabı AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə Moskva şəhərində ikinci dəfə çap olunmuşdur. Seminarda kitab institut ictimaiyyətinə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər