AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Şirmayıl Həsən oğlu Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda məruzə edib.
Xarici oblastda zaman arqumentinə görə periodik əmsallı yarım-xətti parabolik tənliklər və tənliklər sisteminə baxılıb. Müsbət qlobal həllərin yoxluğu məsələsi tədqiq olunub. Müsbət qlobal həllərin yoxluğu üçün kafi şərtlər tapılır və misallar üzərində göstərilib ki, tapılmış şərtlər dəqiqdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.